ONN İnformasiya Agentliyi

ABŞ- da sakinlər təcili təxliyyə edilir

ABŞ- da sakinlər təcili təxliyyə edilir
02 Sentyabr 2019 - 9:25

ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster “Dorian” qasırğasının yaxınlaşması səbəbindən sahil sakinlərinin məcburi təxliyə edilməsinə dair sərəncam verib.

ONN media xəbər verir ki, bu barədə “Associated Press” agentliyi bildirib.

Ştat başçısının sözlərinə görə, təxliyə bazar ertəsi günortadan sonra başlayacaq. Qeyd edilir ki, bu əmr təxminən 1 milyon insanı əhatə edəcək.

Təbii fəlakətin yaxınlaşması səbəbindən Florida, Corciya, Cənubi Karolina və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png