Roma papasının başına iş gəlib

Roma papası Fransisk Vatikanda liftdə qalıb və ibadətə gecikib.

ONN media xəbər verir ki, pontifik hər həftə Müqəddəs Pyotr Meydanında keçirilən dua mərasiminə gecikdiyi üçün üzr istəyib.

Fransisk gecikməsinin səbəbini elektrik enerjisinin kəsilməsi səbəbindən 25 dəqiqə liftə qalması ilə izah edib. Onu yanğınsöndürənlər oradan çıxarıblar.