ABŞ Rusiya mediasını buna görə günahlandırdı

ABŞ Dövlət Departamentinin nümayəndəsi İdlibə hərbi əməliyyatla bağlı açıqlama verib.

ONN media xəbər verir ki, adı açıqlanmayan şəxs hava zərbələrinin bəlli hədəflərə olduğunu bildirib.

O, Rusiya mediasını yanlış məlumatlar yaymaqda günahlandırıb:

“Əsəd rejimi və müttəfiqləri səbəbindən getdikcə dərinləşən humanitar böhranı nümayiş etdirmək əvəzinə yanlış açıqlamalar yayırlar”.

Qeyd edək ki, ABŞ qırıcıları İdlibdə Əl Qaidə hədəflərinə yönəlik əməliyyat həyata keçirmişdi.(axar.az)