33 nəfər şaurmadan zəhərləndi

Ukraynada daha bir şaurmadan zəhərlənmə hadisəsi baş verib.

ONN media bildirir ki, Kiyevdə 30 avqust-2 sentyabr tarixləri arasında 33 nəfər bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onlardan 21-i həkim nəzarətinə götürülüb.

Xatırladaq ki, daha əvvəl Odessada 30 nəfər şaurmadan zəhərlənmişdi.