Rəşad Atakişiyevin məzar daşı hazırlandı

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin məzar daşı hazırlanıb.

Pilotun məzarı üzərinə fotosu qoyulub, sinə daşı Azərbaycan bayrağı ilə örtülüb.

Şəhid Rəşad Atakişiyevin qayınatası, sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynli bildirib ki, məzar daşı dövlət sifarişi ilə hazırlanıb:

“Hazırda hərbi təyyarənin qəzaya uğraması ilə bağlı istintaq gedir. Bizə verilən məlumata görə, Rəşad Atakişiyev xüsusi mükafatla təltif ediləcək. Çünki o, döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Həmçinin Rəşadın ailəsinə onun hərbçi kimi sığorta pulunun ödənilməsi qərarı da verilib. Yaxın günlərdə həmin ödəniş ailəsinə təqdim olunacaq”. (unikal.org)