Suriya-Türkiyə sərhədində terror aktı – Çox sayda ölən var

Suriyanın şimalında Türkiyə ilə sərhəddə yerləşən Çobanbəy şəhərində terror aktı törədilib.

ONN media bildirir ki, yerli xəstəxananın binası yaxınlığında partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb.

Partlayış nəticəsində azı 12 nəfər həlak olub, çox sayda insan xəsarət alıb. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır.

Bildirilir ki, ölənlərin və yaralananların sayı arta bilər.

Partlayışın kimin tərəfindən törədildiyi barədə məlumat verilmir.