Bu ərazidə qaz kəsildi

Xətai rayonunun bəzi hissələrində qaz kəsilib.

Bu barədə ONN media -ya “Azəriqaz” ASC-dən məlumat verilib.Xətai rayonu, Q.Məmmədov küçəsində diametri 325 mm-lik qaz xəttinin korrozyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması ilə əlaqədar bu gün səhər saatlarından adı çəkilən və ətraf küçələrdə qaz təchizatı dayandırılıb.