9 yaşlı uşağı avtomobil vurub – Siyəzəndə

Siyəzən rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media  bildirir ki, 2010-cu il təvəllüdlü Hüseynov Polad Həsənxan oğlu rayonun Gənclik qəsəbəsində piyadalar üçün nəzərdə tutulan yoldan keçərkən onu maşın vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma, kəllə-beyin travması və baş-beyin əzilməsi diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.