Rəcəbovun yarımfinaldakı rəqibi bilindi

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya kubokunda mübarizəni davam etdirən Azərbaycan şahmatçısı Teymur Rəcəbovun yarımfinaldakı rəqibi bəlli olub.

ONN media xəbər verir ki, 32 yaşlı qrossmeyster finala gedən yolda Fransa təmsilçisi Maksim Vaşye-Laqrav qarşılaşacaq. Vaşye-Laqrav 1/4 finalda ermənistanlı Levon Aronyanı məğlub edib.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları 26 – 28 sentyabrda keçiriləcək. Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.(qafqazinfo.az)