Rus general həbs edildi – SƏBƏB

Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatının general-mayoru Aleksandr Melnikov saxlanılıb.

ONN media xəbər verir ki, bu barədə RİA yazıb.

“Melnikov fırıldaqçılıqda ittiham olunur. İstintaq noyabrın 24-nə qədər Aleksandr Melnikov barəsində həbs-qətimkan tədbiri seçilməsini tələb edib”, – nəşr yazıb.