200 min litr mazutla dolu Rusiya gəmisi yandı

Norveçin Tromso limanında Rusiyaya məxsus balıqçı gəmisi yanıb.

ONN media xəbər verir ki, 64 metrlik “Buxta Nayezdnik” adlı gəmidə fırtına səbəbindən qısaqapanma yaranıb və nəticədə az sonra alışma baş verib.

Məlumata görə, 56 heyət üzvü təxliyyə edilib. Onlardan 27-i tüstüdən zəhərləndiyi üçün xəstəxanaya yerləşdirlib.

Yanğın nəticəsində gəmidəki 200 min litr mazut yanıb.