İstanbulda daha bir zəlzələ

Türkiyənin İstanbul şəhərində yenidən zəlzələ olub.

ONN media xəbər verir ki, yerli vaxtla saat 13:34-də episentri Silivri bölgəsində erləşən 3,2 ballıq yeraltı təkanlar qeydə alınıb.

Qeyd edək ki, Mərmərə Seysmik Xətti üzərində yerləşən İstanbul 3 gündür zəlzələ ilə silkələnir. Zəlzələnin ən şiddətlisi ötən gün 5,9 bal gücündə olub.

Kandilli Rəsədxanasının məlumatına görə, ötən gün baş verən dəhşətli zəlzələdən sonra 188 avterşok qeydə alınıb.