Kafenin damından meyit tapıldı – Bakıda

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda kafenin damından 1 nəfərin meyitinin götürülməsi üçün müraciət daxil olub.

ONN media FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1933-cü il təvəllüdlü Dubovik Eduard Adamoviçin meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.