Bakıda bədbəxt hadisə- 45 yaşlı qadın…

Bakıda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.

ONN media xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbənin Gəncə prospektində yaşayan 1974-cü təvəllüdlü Nüşabə Nurullayevə 9 mərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Hadisəyə ehtiyatsızlıq səbəb olub. Yerə düşən 45 yaşlı qadın dərhal xəstəxanaya çatdırılıb.

Ona bədənin müxtəlif dərəcəli sınıqları və müştərək travmaları diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.