FİFA “Anji” klubunu cəzalandırdı – NİYƏ?

Rusiya Futbol İttifaqı FİFA-nın tələbi əsasında “Anji” klubunu cəzalandırıb.

ONN media bildirir ki, bu barədə klub özü məlumat yayıb. Qərara əsasən, komandanın eks futbolçusu Yannik Boliyə yaranmış borca görə Mahaçqala təmsilçisinin 6 xalı silinib.

Qeyd edək ki, bir neçə il əvvəl Roberto Karlos, Samuel Eto’o kimi superulduzlar transfer etmiş “Anji” indi çətin günlərini yaşayır. Maddi problemlərə görə klub indi birinci divizionda yarışır və son pillələrdədir.