Bakıda direktor məktəbdə QƏFİL ÖLDÜ

Bakının Maştağa qəsəbəsində yerləşən 293 nömrəli məktəbin direktoru Vaqif Tarverdili vəfat edib.

ONN media bildirir ki, 60 yaşlı direktor məktəbdə əsəbləşdiyi üçün insult keçirərək komaya düşüb.

O, 3 saylı şəhər klinik xəstəxanaya çatdırılsa da, orada keçinib.

Qeyd edək ki, Vaqif Baba oğlu Tarverdili sözügedən məktəbə ötən il direktor təyin olunmuşdu.(qafqazinfo.az)