Qızıl və gümüş yenidən bahalaşır

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

ONN media bildirir ki, oktyabrın 3-də qızılın qiyməti oktyabrın 2-i ilə müqayisədə 37,434 manat artaraq 1 unsiya üçün 2547,246 manat təşkil edib.

Gümüş 0,6166 manat bahalaşaraq 1 unsiya üçün 29,8729 manata bərabər olub.

Platinin qiyməti 25,194 manat artaraq 1507,067 manat, palladiumun qiyməti 70,822 manat artaraq 2874,564 manat təşkil edib.