Quşçu Ayrım kəndi istiqamətində ermənilərin daha bir snayperi məhv edilib – EKSKLÜZİV

ONN media xəbər verir ki, bu gün səhər saatlarında Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində Ermənistan Ordusunun daha bir snayperi məhv edilib.

“AzeriDefence”nin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, erməni snayperi pusquda dayandığı yerdə – saat 10:30 radələrində öldürülüb.

Onun ərazidə şəhid edilən ekskavatorçu Səfərəli Abışovun qatili olduğu ehtimal edilir.

Qeyd edək ki, ötən gün Qazax rayonu istiqamətində Ermənistan Ordusunun daha bir snayperi Muşeq Jirayroviç Abovyan məhv edilib.

Ümumilikdə son iki gündə cəbhənin Qazax rayonu istiqamətində 3 erməni hərbçisi (biri zabit) öldürülüb, 2 nəfər isə yaralanıb.