Suriyadan Türkiyəyə raket atdılar – ÖLƏNLƏR VAR

YPG/PKK terror qruplaşmaları Türkiyənin Akçakale və Ceylanpınar kəndlərini raketlərlə atəşə tutub.

ONN media xəbər verir ki, nəticədə 1-u uşaq olmaqla 2 nəfər ölüb, 46 nəfər yaralanıb. Ölənlər 9 aylıq Suriya əsilli körpə Muhammed Omar və Akçakakale vergi idarəsinin əməkdaşı Cihan Günəşdir.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Türkiyə dünən Suriyanın şimalına “Sülh Çeşməsi Hərəkatı”nı başladıb.