Vasim Məmmədəliyevlə vida

Ötən gün axşam saatlarında dünyasını dəyişən akademik Vasim Məmmədəliyevlə Bakı Dövlət Universitetində vida mərasimi keçirilir.

ONN media xəbər verir ki, vida mərasiminə bir çox ictimaiyyət və dövlət xadimləri qatılıb

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Mərasimdən sonra mərhumun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.