Özbəkistan prezidenti Bakıya gəldi

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

ONN media xəbər verir ki, Özbəkistan Prezidenti Şövkət Mirziyayevi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.