Trampın sanksiya təhdidlərinə Ankaradan CAVAB

Rəsmi Ankara ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı sanksiya təhdidinə cavab verib.

ONN media xəbər verir ki, Türkiyə Prezidentinin köm’kçisi Fuat Oktay sanksiya təhdidlərinin sərhədin diğər tərəfindən gələn terror təhdidindən daha böyük təhdid olmadığını bildirib.

“Kim nə söyləyirsə söyləsin, Türkiyə olaraq bölgənin terrordan təmizlənməsi mövzusunda çox əzmli və qərarlıyıq”, – o deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.