Polisdən aksiya ilə bağlı AÇIQLAMA

Bakı şəhər Baş Polis İdarəsi icazəsiz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib.

ONN media bildirir ki, bu barədə Sputnik Azərbaycan-a BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq: “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək”.