Putin və Ərdoğan telefonla hansı məsələləri müzakirə ediblər?

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə edilbər.

ONN media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Məlumata əsasən, iki ölkənin liderləri Suriyanın şimalındakı vəziyyəti də müzakirə edib:

“Xüsusilə, Türkiyə ordusunun bölmələri ilə Suriya hökumətinin silahlı qüvvələri arasında qarşıdurmaların qarşısını almağın zəruriliyi qeyd edilib”.

Rusiya prezidentinin Suriya-Türkiyə sərhədi boyunca bölgələrdə humanitar vəziyyətin gərginləşməsinə diqqət çəkdiyi də bildirilib