Paşinyan TŞ-ni təcili topladı- Nə baş verir?

Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırıb.

ONN media xəbər verir ki, bu məlumatı Ermənistan mətbuatı yayıb. İclasda çıxışı zamanı Paşinyan regionda ağır proseslərin getdiyini və bu məsələlərin müzakirə edilməsi gərəkdiyini bildirib.

O, Təhlükəsizlik Şurasının Qarabağ məsələsini də müzakirə edəcəyini deyib.