Məşhur yazıçı vəfat etdi

Türk ədəbiyyatının önəmli isimlərindən olan yazıçı, şair və böyük mütəfəkkir Nuri Pakdil 85 yaşında dünyasını dəyişib.

ONN media xəbər verir ki, Nuri Pakdil müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun ölüm xəbərini Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” səhifəsindən elan edib.

Pakdil ilə vida mərasimi sabah olacaq. Hacı Bayram Camisində namazdan sonra dəfn ediləcək.