4,7 bal gücündə ZƏLZƏLƏ OLDU – SON DƏQİQƏ

Filippinin cənubunda Rixter cədvəli ilə 4,7 bal gücündə zəlzələ baş verib.

ONN media bildirir ki, zəlzələnin episentri Kotabato əyalətində qeydə alınıb.

Yeraltı təkanlar 16 kilometr dərinlikdə baş verib. Hər hansı bir itki və ya fəsad barədə məlumat verilməyib.

Bu, Kotabato əyalətində həftə ərzində ikinci zəlzələdir. Bir neçə gün əvvəl baş vermiş 6,3 bal gücündə zəlzələ nəticəsində 5 nəfər həlak olmuşdu.