“İnstagram” buna görə araşdırmalara başladı

“İnstagram” istifadəçilərinə məxsus şəxsi məlumatların sızdırılması ilə əlaqədar araşdırmalar başlayıb.

ONN media xəbər verir ki, bu barədə ictimaiyyətə “Facebook” sosial şəbəkəsinin sözçüsü Stefani Otvey məlumat verib.

Onun sözlərinə görə, “İnstagram”la bağlı hələlik fərdi məlumatların sızdırılmasında tutarlı dəlillər yoxdur.

Qeyd edək ki, “İnstagram” “Facebook” şirkətinə məxsudur.

Sosial şəbəkənin 20 milyonadək istifadəçisinin məlumatının hakerlər tərəfindən satışa çıxarılması iddia edilir.