Şeydayev “Dinamo”dan gedir?

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev qışda “Dinamo”nu tərk edə bilər.

ONN media xəbər verir ki, Moskva klubu 22 yaşlı forvardın xidmətində artıq maraqlı deyil.

Xəbərdə qeyd edilib ki, Ramilin paytaxt klubu ilə müqaviləsində olan bəndə əsasən, tərəflər bir-birilə yollarını ayırsa, təzminat ödənilməyəcək.

Qeyd edək ki, Şeydayev bu mövsüm “Dinamo”da 7 oyuna 1 məhsuldar ötürmə edib.(qafqazinfo.az)