Sabiq nazir sərbəst BURAXILIR

Pakistanın Ali məhkəməsi keçmiş Baş nazir Nəvaz Şərifin zaminlə sərbəst buraxılması barədə qərar qəbul edib.

ONN media xəbər verir ki, qərara görə, keçmiş hökumət başçısının səhhətindəki problemlər onun sərbəst buraxılmasına əsas verir.

Qeyd edək ki, 69 yaşlı Şərif vəzifəsindən sui istifadədə ittiham edilərək, həbs edilib. Ona 7 il iş kəsilib.