Gənc oğlan bir gecədə milyarderə çevrildi

Honkonqdan olan bir ailə universitetdən məzun olan övladlarına hədiyyə olaraq şirkətlərinin 3.88 milyard dollarlıq səhmini bağışlayıblar.

ONN media bildirir ki, bununla da Erik Tse adlı 24 yaşlı gənc dünyanın ən varlı 550 nəfərindən biri olub.

Erikin atası və anası Çinin dərman nəhəngi sayılan “Sino Biopharmaceutical”ın idarə heyətinin üzvüdür. Şirkətin açıqlamasına əsasən, səhmlərin beşdə biri Erikə verilib.