Bakıda 29 yaşlı gənc itkin düşdü

Bakıda daha bir nəfər avtomobili ilə birlikdə itkin düşüb.

ONN media xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Sabunçu rayonu, şəhər şossesi, döngə 5-də yaşayan, 1990-cı il təvəllüdlü Abbasov Rövşən Ramazan oğlu oktyabrın 17-də idarə etdiyi KİA markalı 85 DN 564 dövlət nömrə nişanlı avtomobili ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.