Tanınmış azərbaycanlı idmançı müalicə üçün Türkiyəyə aparıldı

Böyrək çatışmazlığından əziyyət çəkən karate üzrə Avropa çempionu Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparılıb.

ONN media  xəbər verir ki, bu barədə idmançının özü sosial şəbəkə hesabında məlumat verib.

“Hər kəsə cavab yaza bilmirəm. Dəstəyiniz üçün, maraqlandığınız üçün çox sağ olun. Türkiyədəyəm. Düzələcəyəm İnşallah. Dua edin”, – idmançı İnstaqramda qeyd edib.