Zaqatalada YANĞIN OLDU

Zaqatalada yanğın qeydə alınıb.

ONN media  FHN-ə istinadən xəbər verir ki, rayonun Muxax kəndində ümumi sahəsi 120 m² olan köməkçi tikilinin taxta atmaları və içərisinə yığılan 1,2 ton ot bağlamasının 0,4 tonu, bitişik ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evin bir otağının tavanı 6 m² sahədə yanıb.

Evin, tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.