Ərdoğan və Merkel arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

ONN media bildirir ki, telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər.

Bunda əlavə, T.Ərdoğan və A.Merkel regiondakı, o cümlədən Suriyanın şimal-şərqindəki vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.