ABŞ-dan inanılmaz açıqlama- Məxfi peykimiz var

ONN media xəbər verir ki, ABŞ-ın Hərbi Hava Qüvvələri Yer kürəsinin orbitinə məxfi peyk çıxardığını bildirib.

Qeyd edilir ki, söhbət kiçik ölçülü X-37B peykindən gedir. Məlumata görə, peyk 2017-ci ildə kosmosa çıxarılıb və 2 illik istifadədən sonra Yerə qayıdıb.

ABŞ-ın Hərbi Hava Qüvvələrinin idarə rəisi Rendi Valdenin sözlərinə görə, məxfi peykin missiyasının gedişatında araşdırma laboratoriyası üçün eksperimentlər aparılıb.

Qeyd edilir ki, daha əvvəl bu peyk barədə məlumat verilməyib