Öskürəkdən qurtulmağın ASAN YOLU

Havanın soyuması öskürək hallarının artmasına səbəb olur. Öskürək orqanizmin təbii qoruyucu mexanizmidir.

Orqanizm öskürəyin köməyi ilə  nəfəs yollarında toplanmış selik, mikrob və toksinlərdən azad olur. Bu prosesi sürətləndirmək, öskürəyi daha yumşaq etmək və öskürəkdən daha tez qurtulmaq üçün xalq təbabətində çoxlu sayda reseptlər var.

ONN media publika.az-a istinadla sizi belə reseptlərdən biri ilə tanış edir.

İnqrediyentlər:

– 3 stəkan su

– 1 ədəd soğan

– 1 ədəd limon

– 2 xörək qaşığı bal

Hazırlanması:

3 stəkan suyu dərin bir qabda qaynadın. Sonra soğanı soyub iki yerə bölərək qaynayan suyun içərisinə atın və 15 dəqiqə qaynadın. 15 dəqiqə tamam olduqda soğanı qazanın içərisindən çıxarın və suyu ilıqlanmağa qoyun. Sonra içərisinə 2 xörək qaşığı bal və limon suyu əlavə edərək içə bilərsiniz.

Qeyd: Soğan qoxusunun qarşısını almaq üçün içərisinə darçın əlavə edə bilərsiniz.