Salyanda ağır qəza – Xəsarət alanlar var

Salyan rayonunda yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində Cəlilabad rayon sakinləri – 1939-cu il təvəllüdlü Şirinova Şarıgül və 1993-cü il təvəllüdlü Feyziyeva Aida Zahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.