Bakıda ikimərtəbəli binada YANĞIN

Bakıda ikimərtəbəli bina yanıb.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ikimərtəbəli binanın ikinci mərtəbəsində ümumi sahəsi 20 kv.m olan otağın yanar konstruksiyaları və içərisinə yığılan taxta tullantıları yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.