Nəvaz Şəriflə bağlı VACİB QƏRAR

Pakistanın həbsdə olan keçmiş Baş naziri Nəvaz Şərifin müalicəsinin davam edə bilməsi üçün xaricə çıxış qadağası ləğv edilib.

ONN media xəbər verir ki, bu barədə Lahor Ali Məhkəməsi qərar qəbul edib. Məhkəmə sabiq baş nazirin heç bir pul ödənilmədən həbsxanadan ümumilikdə 8 həftəliyə buraxılması, bu müddətin 4 həftəsi ərzində xaricə gedə biləcəyi haqda qərar çıxarıb. Məhkəmə həmçinin N.Şərifin müalicəsi üçün xaricdə keçirəcəyi vaxtın müddətinin həkimlərin tələbi ilə uzadıla biləcəyini qərarlaşdırıb.

Sabiq baş nazirin qardaşı Şahbaz Şərif N.Şərifin səhhəti yaxşılaşdıqdan sonra həbsaxanaya qayıdacağını deyib.

Qeyd edək ki, bundan öncə Nəvaz Şərif korrupsiyada ittiham olunaraq, 7 il müddətinə həbsə məhkum edilmişdi. Həbsxanada olarkən baş nazirin səhhəti pisləşmiş, aparıldığı xəstəxanada infarkt keçirmişdi.