Bank rəhbərini övladının gözləri önündə…

Ukraynanın Kiyev şəhərində “Ukreksimbank” dövlət bankının başçısı Aleksandr Qritsenko oğurlanıb. ONN media bildirir ki, bu barədə “Pryamoy” kanalı onun ailəsinə istinadən xəbər verib.

Bankirin qohumlarının sözlərinə görə, naməlum cinayətkarlar Qritsenkonu övladının gözləri önündə qara avtobusa salıb aparıblar.

Onun yaxınları artıq polisə müraciət ediblər.