İlham Əliyev Qətər səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysəl bin Abdullah Həməd Abdullah Əl Hinzabın etimadnaməsini qəbul edib.

ONN media xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub.