İstanbulda dəhşətli yanğın: 2 ölü, 4 yaralı

İstanbulun Qartal bölgəsində altımərtəbəli binanın zirzəmisində yerləşən mebel sexində yanğın baş verib.

ONN media xəbər verir ki, hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürmə xidməti əməkdaşları cəlb olunub.

Tüstüdən zəhərlənən 6 nəfər xəstəxanaya çatdırılsa da, onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanaya çatdırılan şəxslərdən 2 nəfərin də vəziyyətinin ağır olduğu bildirilir.