Sosial şəbəkə 400 min nəfəri bloka atdı – Maraqlı SƏBƏB

Dünyanın ən böyük mesajlaşma platforması olan Vatsap 400 min nəfəri bloka atıb.

ONN media xəbər verir ki, buna səbəb 2018-ci ildə Braziliyada keçirilən prezident seçkilərində sosial media vasitəsilə saxta xəbərlərin yayılmasıdır.

Şirkət rəsmiləri məlumatı təsdiqləyib:

“Vatsap şifrəli platformadır. Avtomatik və toplu mesajlaşmaya dair verilən qərarlar mesajlaşma məzmununu deyil, hesab davranışlarını hədəf alır”.

Saxta xəbərlər sayəsində hansı namizədlərin üstünlük qazandığı, hansılarınsa az səs topladığı hələlik açıqlanmayıb.