21 cinayətin üstü “isti izlər”lə açıldı

2019-cu il noyabr ayının 22-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat.

Bu barədə DİN-in Mətbuat Xidmətindən  ONN media -ya məlumat verilib.

– Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılmışdır.

– Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.

– Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

– Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilmişdir.

– Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılmışdır.