Milli Məclis bu gün yeni ombudsmanı seçəcək

Bu gün Milli Məclisin plenar iclasında İnsan Hüquqları Komitəsinin Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə təyinat müzakirə ediləcək.

ONN media xəbər verir ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən 3 nəfərin namizədliyi irəli sürülüb. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Milli Məclisin İnsan hüquqları komitəsinin 22 noyabrda keçirilən iclasında məsələ müzakirə olunmuş və parlamentin 25 noyabr plenar iclasına tövsiyə edilmişdi.

Qeyd edək ki, hazırkı ombudsman Elmira Süleymanovanın 82 yaşı var və onun səlahiyyət müddəti 2017-ci ildə başa çatıb.