Bakıda ŞOK: yaşayış binası ÇÖKDÜ

Bakının mərkəzində 2 mərtəbəli yaşayış binasında uçqun olub.

ONN media xəbər verir ki, hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 37 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasında baş verib. 20-yə yaxın ailənin yaşadığı köhnə tikili qəzalı vəziyyətdə olub. Son günlər mütəmadi yağışların yağması binanı daha da təhlükəli vəziyyətə salıb və binanın bir tərəfində uçqun olub. Əraziyə qazın və elektrik enerjisinin verilişi dayandırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumları və Nəsimi rayon İcra hakimiyyətinin əməkdaşları yollanıb. Hazırda əraziyə baxış keçirilir.