Toya hazırlaşan üç uşaq anası FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Gəncə şəhərində bədbəxt hadisə nəticəsində üç uşaq anası dünyasını dəyişib.

ONN media xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü İsayeva Şəfiqə Niyazi qızı dəm qazından boğularaq vəfat edib.

Qadın bir neçə saat sonra olacaq yaxınlarından birinin toy məclisinə hazırlaşırmış.

Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.