Astarada ev yandı: 3 uşaq…

Astaranın Ovala kəndində yanğın hadisəsi baş verib.

ONN media xəbər verir ki, kənd sakini Bəylər Məcidova məxsus evdə yanğın baş verib. Əsasən taxta konstruksiyadan ibarət olan üç otaqlı yaşayış evi tamamilə yanaraq kül olub. Yanğın zamanı ev sahibəsi və üç uşağı evdə olub. Xoşbəxtlikdən onlar arasında xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.