Bakıda yaşayış binasında YANĞIN

Bakının Səbail rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin bir otağında televizor və ev əşyaları 2 kv.m sahədə yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.